Qadin.NET / Ləzzətli toyuq

Ləzzətli toyuq

Tərkibi:

2 ədəd qırmızı şirin bibər

1 diş sarımsaq

3 xörək qaşığı duru yağ

1 çay qaşığı qurudulmuş kəklikotu

150 qram toyuğun ağ əti

500 ml kubik bulyon

2 ədəd soğan

1 xörək qaşığı kərə yağı

300 qram yaşıl noxud

100 qram xama

50 ml krem

Şəkər, duz, istiot

Ləzzətli toyuq

Hazırlanması:

 Sarımsağı təmizləyib, əzin. Bibərləri nazik uzun şəkildə doğrayın. 1 qaşıq yağda pörtün. Üzərinə sarımsaq və kəklikotu əlavə edin.

Əti elə kəsin ki, bükəndə cib kimi olsun.

Ləzzətli toyuq

Sonra duzlayıb, istiotlayın. İçinə şirin bibərləri doldurun, qalmış yağda qızardın. Sonra üzərinə 250 ml bulyon əlavə edib 15-28 dəqiqə bişirin.

Soğanı kubik şəklində doğrayın və kərə yağında pörtün. Üzərinə 250 ml bulyon əlavə edib 15 dəqiqə bişirin. Bişəndən sonra əzib püre halına gətirin. Sonra xama, duz və istiotu qatın, bir azda şəkər əlavə edin.

Əti bulyondan çıxarın. Bulyona krem və ədviyyatlayın. Süfrəyə veriləndə hamısından boşqaba yığın. Yanında əriştə qoyun.

9 aprel 2017
GO BACK