Qadin.NET / Kartoflu qaraciyər

Kartoflu qaraciyər

Kartoflu qaraciyər

Tərkibi:

8 ədəd iri  kartof

200 qram qaraciyər

1 ədəd soğan

50 qram can əti

4 xörək qaşığı smetan ( 30% yağlı)

1 çay qaşığı un

20 qram kərə yağı

Dəfnə yarpağı

Kartoflu qaraciyər

Hazırlanması:

Qaraciyəri böyük kub, can ətini isə kiçik kub şəklində doğrayın. Can ətini az dərəcədə qızardın. Sonra ciyəri qızardın. Soğanı xırda doğrayıb yenə həmin yağda qızardın.

Kərə yağı ilə unu qızardın. Üzərinə 1 stəkan su əlavə edib qarışdırın. 10 dəqiqə az dərəcədə qaynadın. Sonra xama, soğan və dəfnə yarpağı əlavə edin. Duzlayıb, istiotlayın.

Kartofu bütöv şəkildə  soba tavasında bişirin, sonra uzununz yarıya bölün cə içərisini qaşıqla çıxardın. Əti, qaraciyəri içərisinə qoyub, üzərinə hazırladığınız xamalı sousu əlavə edin. 10-15 dəqiqə 180 dərəcə bişirin. Süfrəyəveriləndə üzərinə göyərti səpə bilərsiniz.

1 aprel 2017
GO BACK