Qadin.NET / Qırmızı kələm dolması

Qırmızı kələm dolması

Qırmızı kələm dolması

 

Tərkibi:

8 ədəd kırmızı kələm yarpağı

4 xörək qaşığı sirkə

1 dilim ağ çörək

1 ədəd soğan

100 qram göbələk

300 qram çəkilmiş ət

1 ədəd yumurta

30 qram əridilmiş "Best Cow" kərə yağı

375 ml qram bulyon

Qurudulmu kəklik otu, qırmızı acı bibər, üyüdülmüş cirə bıçağın ucunda

 

Qırmızı kələm dolması

 

Hazırlanması:

1. Kələmi sirkəli, duzlu suda pörtün, sonra süzün. Çörəyi isladın, sonra sıxın. Göbələyi və soğanı xırda doğrayıb qızardın. Sonra çörəy, göbələk, çəkilmiş ət, yumurta, kəklikotu, qırmızı acı bibər, cirə, duz və istiotu qarışdırın.

2. Alınmış qarışığı səkkiz hissəyə bölün. Kələmin içinə qoyub bükün. Əridilmiş yağda iki tərəfini də qızardın. Sonra üzərinə bulyon əlavə edib 30 dəqiqə aşağı dərəcədə ağzı bağlı vəziyyətdə bişirin.

18 yanvar 2017
GO BACK