Tərkibi:
4 ədəd badımcan
200 qram şampinyon (göbələk)
1 ədəd bişmiş yumurta
1 diş sarımsaq
500 qram kərə yağı
3 xörək qaşığı duru yağ
Duz, istiot, cəfəri
Hazırlanması:
Badımcan iki hissəyə bölünür və duz səpilir. 60 dəqiqə buvəziyyət saxlanılır, sonra soyuq su ilə yuyulur. İçi çıxarılır.
Göbələk xırda doğranılıb qızardılır.Üzərinə əzilmiş sarımsaq və xırda doğranmış badımcan içi əlavə edilir.
Bişdikdən sonra doğranmış yumurta və cəfəri əlavə edilir. İçlik badımcanın içinə yığılır və üzərinə sürtgəcdən keçirilmiş pendir səpilir.
Sobada 30 dəqiqə 180 dərəcədə bişirilir.
Artıq hazırdır.