Qadin.NET / Həsənpaşa küftəsi (foto resept)

Həsənpaşa küftəsi (foto resept)

Porsiya - 2-3 nəfərlik

Tərkibi:

Küftə üçün:

500 qr qiymə

4 dilim bayat çörək içi

1 ədəd baş soğan, duz, istiot

İç üçün: 

4 ədəd orta boy kartof

1 stəkan süd

Üzəri üçün:

3-4 x.q. kərə yağı

1 ç.q. qırmızı pul bibər

Hazırlanması: 

Həsənpaşa küftəsi (foto resept)

Qiymə geniş bir qaba alınır, üzərinə ovulmuş bayat çörək içi, rəndələnmiş baş soğan, duz və istiot qatılıb yoğrulur.

Hazırlanmış qiymə xəmirindən ovuc böyüklüyündə qiymələr qopararaq ortası boş kasalar düzəldilir.

Düzəltdiyiniz kasaları yağlı kağız sərilmiş soba listinə yerləşdirin.  

Həsənpaşa küftəsi (foto resept)

Digər tərəfdən kartofları qaynadın.

Qabıqlarını soyub rəndələyin. 

Üzərinə süd, duru yağ və duz əlavə edib çəngəllə qarışdırın, əzərək püre halına gətirin. 

Daha sonra püreni bir mətbəx şprisinə, yaxud sıxma torbasına dolduraraq və hazırladığınız küftə kasalarının içinə sıxın. 

200 dərəcə sobada üzərləri qızarana qədər bişirin. 

Həsənpaşa küftəsi (foto resept)

Sobadan çıxardıqdan sonra hər bir küftənin üəzrinə fındıq boyda kərə yağı parçası qoyub qırmızı pulbibər səpərək servis edin. 

Nuş olsun! 


18 dekabr 2016
GO BACK