Qadin.NET / Tərəvəz ilə bişmiş toyuq (foto resept)

Tərəvəz ilə bişmiş toyuq (foto resept)

Tərkibi:

Toyuq əti - 1kq

Göbələk - 100 qr

Tərəvəzlər - (kök, kərəviz, kartof, soğan, sarımsaq, brokkoli)

Zeytun yağı

Balzamlı sirkə - 1-2 x.q. 

Ağız dadına görə duz və istiot

Təzə cəfəri

Qurudulmuş göyərti

Hazırlanması: 

Soba 220 dərəcəyədək isidilir.

Tərəvəzlər yuyulur, doğranır və bir qaba qoyularaq pörtlədilir.

Tərəvəz ilə bişmiş toyuq (foto resept)

Zeytun yağı, sirkə, duz-istiot və quru göyərti səpilib qarışdırılır. 

Tərəvəz ilə bişmiş toyuq (foto resept)

Doğranmış toyuq ətləri zeytun yağı, duz, istiot ilə qarışdırılır, tərəvəzlər də

qatılaraq sobada 1 saat bişirilir. 

Tərəvəz ilə bişmiş toyuq (foto resept)

1 saatdan sonra qabdakı toyuq və tərəvəzlər yenidən qarışdırılır və

5-10 dəqiqəlik təkrar isti sobaya qoyulur.

Tərəvəz ilə bişmiş toyuq (foto resept)

Hazır olduqdan sonra üzərinə doğranmış cəfəri səpilərək servis edilir.

Tərəvəz ilə bişmiş toyuq (foto resept)

Nuş olsun!

Tərəvəz ilə bişmiş toyuq (foto resept)

(Tərcümə olunub)

8 dekabr 2016
GO BACK