Baş soğan - 1 kq
"Bizim Tarla" soyulmuş pomidoru - 1 kq
Kök - 0,5 kq
Kartof - 0,5 kq
Bolqar bibəri - 3-4 ədəd
Kələm - 1 ədəd orta boy
Badımcan - 1 ədəd
Təzə sarımsaq - 2 baş
Acı bibər - 1-2 ədəd
Göyərti (keşniş,şüyüd)
Ət şəkildə göstərildiyi boyda doğranır
Basdırma hazırlayacağınız qazanın dibinə ətin yağlı parçaları düzülür
Üzərindən halqa şəklində doğranmış soğan qoyulur
Sonrakı qata qırmızı ətlər düzülür.Bu qatın ardından duz,ədviyyat və göyərti qoyulur
Üzərindən yenə halqa soğanlar düzülür
Bütün tərəvəzləri halqa şəkilli doğranır.Əvvəlcə kök qoyulur
Sonrakı qat bolqar bibəri
Sonrakı qat pomidor
Sonrakı qat badımcan, bu qatdan sonra duzlanır,ədviyyat vurulur və göyərti qoyulur
Üzərindən kələm yarpaqları örtülür
Növbəti qat kartof qoyulur
Üzərindən keşniş,şüyüd(zövqə görə cəfəri də olar) səpilir və 1 və ya 2 ədəd acı bibər,təzə sarımsaq da qoyulur,yenə duzlanır,ədviyyat vurulur
Kələm yarpağı ilə üzəri örtülür
Dolu qazan ocağa qoyulur və ağzı yaxşıca örtülür.(Qazanın qapağında plastik tutacağı varsa,ehtiyatla çıxarılır və şəkildəki kimi üzərinə örtü qoyulur
Örtünün də üzərinə su dolu başqa bir qazan qoyulur
İlk 10-15 dəqiqə yüksək atəşdə bişirilir,qaynamağa başlayınca vam atəşdə bişməyə davam edir
Gördüyümüz kimi bu yeməkdə heç bir yağ,su və tomat soklarından istifadə edilmir,hər şey təbii halında bişirilir
Ona görə də faydaları çoxdur.
Basdırma hazır olduqdan sonra isdəyiniz kimi servis edə bilərsiniz.
Qeyd: Basdırma tam hazır olana qədər su ilə dolu qazan böyük qazanın üstündən götürülmür
Nuş olsun!