Qadin.NET / Toyuq qızartması (foto resept)

Toyuq qızartması (foto resept)

Tərkibi:

Toyuq əti - 2 kq

Sarımsaq - 8 diş

Keşniş - 1 dəstə

Qaynadılmış soyudulmuş su - 230 ml

Açi bibərin əzilmişi - 1 ç. q.

Xmeli suneli - 1 ç. q.

İstiot - 1 ç. q.

 Duz - 1 x. q.

Bitki yağı

 

Toyuq qızartması (foto resept)

 

Hazırlanması:

Toyuq qızartması (foto resept)

İlk olaraq toyuğu yuyub, təmizləyib, ayırırıq. Sonra bir salfetin üzərinə qoyub qurumasını gözləyirik.

Toyuq qızartması (foto resept)

Sonra hər tərəfinə duz-istiot vururuq.

Toyuq qızartması (foto resept)

Bir qazana duru yağı əlavə edin, vam odda qızdırın.

Və toyuğu içinə yerləşdirib üzərinə ağır nə isə qoymaq lazımdır.

Şəkildəki kimi edə bilərsiniz. Yəni soyuq su ilə qazanı toyuğun üstünə yerləşdirə bilərsiz. 

Toyuq qızartması (foto resept)

Hər tərəfini qızartdıqdan sonra, altını lap azaldırıq. 

Toyuq qızartması (foto resept)

İndi isə, sous hazırlanır.  

 Keşniş və sarımsaq xırda - xırda doğranır.

Toyuq qızartması (foto resept)

Sonra sarımsaqla keşniş bir qabda qarışdırılır. 

 Daha sonra xmeli suneli, duz, istiot və su əlavə edilir və yaxşi qarışdırılır.

 Hazir sous toyuğun üzərinə əlavə edilir və 7 dəqiqə birlikdə qaynadırıq. Sonra altını söndürürük.

Süfrəyə verərkən üzərinə bir azca yenə təzə keşniş səpə bilərsiz.

 

Toyuq qızartması (foto resept)

 

Yeməyimiz hazırdır.
 Daha sonra servis etmək olar. 
Toyuq qızartması (foto resept)

Nuş olsun!

  (Tərcümə edilib)

4 oktyabr 2016
GO BACK