Tərkibi:
Toyuq filesi - 1 ədəd
Badımcan - 1 - 2 ədəd
Kök - 1 ədəd
Cəfəri və keşniş - yarım dəstə
"Zeytun Bağları" zeytun yağı
Küncüt
Duz
Hazırlanması:
İlk öncə toyuq əti xırda-xırda doğranılır.
Toyuqun döş ətini ət maşınından, ya da blenderdən keçiririk.
Üzərinə sürtgəcin xırda gözündən keçirilmiş kök və duz əlavə edirik.
Sonra zövqümüzə uyğun bir diş sarımsaq əlavə edə bilərik. Yaxşı qarışdırırıq.
Badımcanı yuyub qurutduqdan sonra nazik - nazik uzunsov kəsirik, şəkildəki kimi.
İndi bu doğranmış badımcanları 20 dəqiqə soyuq suya qoyuruq.
Badımcanları azça yağlanmış tavada qızardırıq.
Badımcanları isti yağlı tavada qızardırıq.
Sonra qızardılmış badımcanları kağız salfetin üzərinə səririk.
Qızardılmış badımcanların üzərinə 1 x. q. içlik qoyuruq, onu da çəngəllə badımcanın hər tərəfinə yayırıq.
Və içliyin də üzərinə doğranmış göyərtiləri səpirik.
Badımcanları rulet kimi bükürük.
Hazır yemək zövqə uyğun bəzənib süfrəyə verilir.
Bu da kəsilmiş halda iç qörünüşü.