Qadin.NET / Qızardılmış souslu toyuq əti və pendirli makaron (foto resept)

Qızardılmış souslu toyuq əti və pendirli makaron (foto resept)

Qızardılmış souslu toyuq əti və pendirli makaron (foto resept)

Tərkibi:

Toyuq əti - 1,8 kq

Marinad:

su - 500 ml

şəkər - 1 x.q.

duz 3 x.q. 

Ağ balzamlı üzüm sirkəsi (5% li alma sirkəsi də olar) - 50 ml

Dəfnə yarpağı 4-5 ədəd

Qara toxum istiot - 10 ədəd

Mineral qazlı su - 500 ml

Bitki yağı 2 x.q.

Sarımsaqlı sous:

Sarımsaq - 1 diş

"Zeytun bağları" zeytun yağı - 50 ml

1 limon suyu

Qaynadılmış soyudulmuş su - 50 ml

Cəfəri - 1 dəstə

Duz, istiot

Souslu makaron üçün:

Makaron - 300 qr

Süd - 480 ml

Un - 4 x.q.

"Best Cow" kərə yağı- 60 qr

Qaymaq 10%li- 200 ml

Xardal unu - 1 ç. q.

Duz - 1 ç.q.

İstiot - 1 ç.q.

Sərt pendir - 250 qr. 

Hazırlanması:

Qazana su tökülür, duz, şəkər sirkə, istiot, dəfnə yarpağı əlavə olunur. Qaynadılır, ocaqdan alınıb təmamən soyudulur. Qazlı su qatılaraq qarışdırılır. Beləliklə marinad hazır olur.

Ardınca toyuq yuyulur, ikiyə bölünür və marinadın içərisinə elə yerləşdirilir ki, bütün hissələr marinadım içərisində qalmış olsun.  

Qızardılmış souslu toyuq əti və pendirli makaron (foto resept)

Marinadlı, toyuqlu qazan gecədən soyuducuya qaldırılır və 10-12 saat soyuducuda saxlanılır.  

Qızardılmış souslu toyuq əti və pendirli makaron (foto resept)

Səhəri gün soyuducudan çıxarılan marinadlı toyuq soba listinə yerləşdirilir, üzərinə 2-3 x.q. marinad suyu və 2-3 x.q. bitki yağı gəzdirilir. Üstü qapaqla, yaxud folqa kağızı ilə örtülərək 200 dərəcədə 20 dəqiqə bişirilir. 

Sonra qapaq götürülür və daha 20-25 dəqiqə bişirilir. 

Bu müddət ərzində sarımsaqlı sous hazırlanır. Sarımsaq əzilir, ona yağ, limon suyu, duz, istiot, cəfəri əlavə edilir, qarışdırılır. 

Qızardılmış souslu toyuq əti və pendirli makaron (foto resept)

Bişmiş toyuq sobadan çıxarılır və sarımsaq sousu fırça köməyi ilə toyuğun üzərinə çəkilir.  

Qızardılmış souslu toyuq əti və pendirli makaron (foto resept)

Sonra keçilir makaron hazırlanmasına.

Makaron üzərində yazıldığı qaydada qaynadılır və kənara qoyulur. 

Böyük bir qabda süd, un və kərə yağı qarışdırılır. Zəif od üzərində kərə yağı əriyənə qədər qarışdırılmağa davam edilir. 

Sousa qaymaq, xardal, duz, istiot və sürtgəcin iri gözündən keçirilmiş pendir əlavə edilir. 

Hamısı qarışdıralaraq tədricən qaynama anına qədər ocaqda tutulmağa davam edilir. Təxmini 5 dəqiqə sous qatılaşana qədər vam od üzərində saxlanılır. Sous hazır olduqdan sonra makaronla qarşıdırılır. 

Qızardılmış souslu toyuq əti və pendirli makaron (foto resept)

Ən sonda sarımsaq souslu toyuqla birlikdə pendir souslu makaron süfrəyə servis edilir. 

Qızardılmış souslu toyuq əti və pendirli makaron (foto resept)

Nuş olsun! 






22 iyul 2016
GO BACK