Tərkibi:
Badımcan - 1 ədəd
Kəsmik - 200 qr
Sarımsaq - 1 diş
Pendir - 50 qr
Çəfəri - yarım dəstə
Keşniş - yarım dəstə
"Zeytun Bağları" zeytun yağı
Duz və istiot
Hazırlanması:
Badımcanı yuyub qurutduqdan sonra nazik - nazik uzunsov kəsirik, şəkildəki kimi.
Duzlayıb 10 - 15 dəqiqə saxlamaq lazımdır. Sonra kağız salfetlə qurulayın.
İndi mətbəx fırçası ilə duru yağla yağlayın.
Badımcanları azça yağlanmış tavada qızardırıq.
Sonra qızardılmış badımcanları kağız salfetin üzərinə səririk.
İndi içliyi hazırlayırıq:
Sarımsağı xırda - xırda doğrayırıq.
Göyərtilər yuyulur, təmizlənir doğranılır.
Doğranmış sarımsağı göyərtiyə əlavə edirik.
Pendir sürtgəcdən keçirilir, üzərinə kəsmik əlavə edilir.
Sonra üzərinə duz və istiot əlavə edin, və yaxşı-yaxşı qarışdırın.
Qızardılmış badimcanlara içlik qoyaraq rulet kimi bükürük.
Sonra hazır badımcanları şəkildə gördüyünüz kimi rulet formasında çöplərə keçiririk.
Hazır yemək zövqə uyğun bəzənib süfrəyə verilir.
Nuş olsun!
(Tərcümə edilib)