Tərkibi:
12 kannelloni (makaron)
150 qr dana qiyməsi
150 qr mal ətindən qiymə
150 qr rəndələnmiş
Parmezan pendiri
30 qr "Zeytun bağları" zeytun yağı
1 baş soğan
duz və istiot
Beşamel sosu üçün:
900 ml süd
100 ml qaymaq
50 qr "Best Cow" kərə yağı
50 qr un
Hazırlanması:
Zəif ocaq üzərində yağ əridilir, un əlavə edilir və qarışdırılaraq tərkibə isti süd, qaymaq qatılır, çalışmaq lazımdır ki, qarışdırarkən topaclanmasın. Qatı kütlə alındıqdan sonra tərkibə Hindistan qozu, duz qatılıb ocaqdan götürülür.
Soğan zeytun yağında qovrulur, qiymə əlavə edilir, birlikdə qovrulur.
Kannellonilər duzlu suda 4 dəqiqə qaynadılır.
Bişirəcəyimiz qabın dibinə 5 mm ölçüdə sous tökülür, kannellonilərin içi çay qaşığı köməyi ilə qovrulmuş qiymə ilə doldurulur.
Birinci qat düzüldükdən sonra parmezan pendiri səpilir.
Sonra digər qat da düzülür və qalan sous da əlavə edilir, sonda parmezan pendiri ilə üzəri örtülür.
190 dərəcə sobada 20 dəqiqə bişirilir.
Nuş olsun!