Qadin.NET / Paxla çığırtması (foto resept)

Paxla çığırtması (foto resept)

Tərkibi:

1 kq. təzə paxla

4-5 ədəd pomidor

2 ədəd iri soğan

3-4 ədəd bolqar bibəri

5 yumurta

Duru yağ

Su

Azərduz yodlu narın xörək duzu, istiot, sarıkök

 

Paxla çığırtması (foto resept)

 

Hazırlanması:

Əvvəlcə paxlaları ülgüclə təmizləyib,nazik uzun-uzun doğrayırıq.

 

Paxla çığırtması (foto resept)


Bişirəcəyimiz tavaya əlavə edib,üzərinə 1 stəkan yarım su tökürük.Əvvəl qapağını örtürük su qaynara düşsün.Daha sonra qapağı açıq saxlayıb su quruyana qədər lobyaları bişiririk.

 

Paxla çığırtması (foto resept)

 

Paxlalar bişənə qədər başqa bir qabda əvvəl soğanları xırda doğrayıb qovururuq.

 

Paxla çığırtması (foto resept)


Sonra bibərləri doğrayıb soğanla birgə qovurmağa davam edirik.

 

Paxla çığırtması (foto resept)


Ən sonda pomidoru doğrayıb bura əlavə edirik.

 

Paxla çığırtması (foto resept)

 

Bu hazırladığımız qarışığı paxlanın suyu quruyandan sonra üzərinə əlavə edirik.

 

Paxla çığırtması (foto resept)

 

Yaxşı-yaxşı qarışdırıb,duz,istiot,sarıkök vururuq və bir müddət qovururuq.

 

Paxla çığırtması (foto resept)


Paxla çığırtması (foto resept)


Tərəvəzlər tam bişdikdən sonra yumurtanı vururuq və tez qarışdırırıq ki,yumurta hər yerə yayılsın.Qapağı örtüb,vam xodda yumurtalar bişənə kimi bişiririk.

 

 

Paxla çığırtması (foto resept)

 

 

Paxla çığırtması (foto resept)

 

Və budur yeməyimiz hazırdı.
 

Paxla çığırtması (foto resept)

 

Nuş olsun!

 

Paxla çığırtması (foto resept)

 


P.S. Paxla vitamin və zülal baxımından son dərəcə zəngin bir qidadır.Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir.

 Yay gədiyi zaman mənim ən çox bişirdiyim yeməklərdən biridir bu. Çox sevdiyim yeməklər sırasındadır.

Xanımlar siz bu yeməyi hansı formada bişirirsiniz? 


27 may 2011
GO BACK