Tərkibi:
Un- 450 q
Süd- 270 q
Duz
Farş- 450 q
Soğan- 1 ədəd
Duz-istiot
Qatıq-80 ml
"Zeytun bağları" zeytun yağı
Hazırlanması:

İlk öncə xəmir yoğururuq. Yumşaq və əlimizə yapışmayan bir xəmir yoğururuq.

Soyuducuyda 30 dəqiqə saxlayırıq.

Əti ətçəkəndən keçiririk. Üzərinə 1 ədəd soğan əlavə edirik. Duz-istiot səpirik. Qatığı da əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Xəmiri 2 dəfə yayıb bükürük. Hər dəfə 30 dəqiqə dincəldib yenidən yayaırıq.

Sonda xəmiri şəkildə gördüyünüz kimi yayıb bükürük.

Rulet kimi bükdüyümüz xəmiri 10-15 yerə bölə bilərsiniz.

Sonra hər birini nazik yayıb üzərinə içlik qoyuruq.

Qıraqlarını çəngəllə bağlayırıq.

Bol yağda hər iki tərəfi də qızarana kimi bişiririk. Bitki yağını zövqünüzə görə seçə bilərsiniz. Mən zeytun yağına üstünlük verdiyim üçün zeytun yağında bişirdim.
Dadlı çuberkilərimiz hazırdır.
Nuş olsun!