Qadin.NET / Ət ruleti (foto resept)

Ət ruleti (foto resept)

Tərkibi:

Dana əti- 1 kq

Soğan- 1 ədəd

"Bizim Tarla" soyulmuş pomidorları- 400 q

Sarımsaq- 2 diş

Yumurta- 2 ədəd

Pendir- 200 q

Qurudulmuş oreqano- 2 ç.q

Qururdulmuş reyhan- 2 ç.q

Qurudulmuş cəfəri- 2 ç.q

İstiot- 1-2 ç.q

Duz- 1-2 ç.q

Suxari- 3 x.q

Hazırlanması:

Ət ruleti (foto resept)

Soğanı uzunsov doğrayırıq. Sarımsağı ya sürtkəcdən keçiririk, ya da sarımsaq əzənlə əzirik. Yumurtanı qaynadıb sürtkəçdən keçiririk. Pendiri də sürtkəcdən keçirib qarışdırmaq lazımdır.

Ət ruleti (foto resept)

Sarımsağın üzərinə suxari, qurudulmuş reyhan, cəfəri, oreqano və duz əlavə edib yaxşı-yaxşı qarışdırmaq lazımdır.

Ət ruleti (foto resept)

Əti 1 sm enində kəsirik.

Ət ruleti (foto resept)

Üzərinə duz- istiot səpirik.

Ət ruleti (foto resept)
Ət ruleti (foto resept)

Sonra içliyi üzərinə qaşıqla çəkirik.

Ət ruleti (foto resept)

Əti rulet kimi büküb iplə bağlayırıq. Bişirəcəyimiz qaba ilk öncə soğanı əlavə edirik. Ruleti qoyub üzərinə pomidor pastasını əlavə edirik.

Ət ruleti (foto resept)

Üzərini falqa ilə bağlayıb 180 dərəcədə 2 saat bişiririk.

Ət ruleti (foto resept)

Bişdikdən sonra falqa kağızını çıxarırıq. Süfrəyə verməzdən əvvəl 1,5-2 sm enliyində rulet formasında doğrayırıq. Üzərinə də bişdiyi sousdan əlavə edirik.

Ət ruleti (foto resept)

Nuş olsun!

30 noyabr 2015
GO BACK