Qadin.NET / Noxudlu plov (foto resept)

Noxudlu plov (foto resept)

Tərkibi:

Noxud- 200 q

Düyü- 600 q

Qoyun əti- 800 q

Soğan- 200 q

Kök- 600 q

Sarımsaq- 1 ədəd

Acı bibər- 1 ədəd

Duz- 2 çay qaşığı

Zirə- 1 ç.q

"Best Cow" kərə yağı-300 q

Hazırlanması:

İlk öncə noxud, düyü yuyulur və suda 2-3 saat saxlanılır.

Noxudlu plov (foto resept)

Qoyun ətini xırda-xırda doğramaq lazımdır.

Noxudlu plov (foto resept)

Soğanı nazik-nazik, yumru-yumru doğrayırıq. Kökü isə şəkildəki kimi uzunsov doğramaq lazımdır.

İri və dərin bir qazan götürüb yağ əlavə edib oda qoyuruq.

Noxudlu plov (foto resept)

Yağ yaxşıca qızdıqdan sonra soğanı əlavə edirik. Soğan qızardıqdan sonra ət əlavə olunur.

Ət də 5-7 dəqiqə bişdikdən sonra kök əlavə olunub daha 5 dəqiqə bişirilir.

Noxudlu plov (foto resept)

Kök yumşalana kimi qarışdıraraq bişiririk. Sonra ətin üzərinə çıxana qədər su əlavə edirik.

Noxudlu plov (foto resept)

Ortasına üst qabığı soyulmuş bütöv bir sarımsaq qoyuruq. Bir də acı bibər.

Noxudlu plov (foto resept)

Sonra üzərinə noxudu əlavə edirik. Duz səpirik. 10 dəqiqə bişiririk.

Noxudlu plov (foto resept)

Əgər lazım olarsa, yenə su əlavə edə bilərsiniz. Sonra sarımsağı və acı bibəri götürmək lazımdır.

Noxudlu plov (foto resept)

Düyünü əlavə edirik, qarışdırmadan aralarını taxta qaşıqla açırıq ki, düyü aralara süzülsün.

Yüksək odda bişirməyə davam edirik.

Su tamamilə quruduqdan sonra sarımsağı və acı bibəri plovun üzərinə yenidən yerləşdiririk.

Noxudlu plov (foto resept)

Üzərinə zirə səpirik. Lap az odda plovumuzu dəmə qoyuruq. 25-30 dəqiqə sonra plovumuz hazırdır.

Noxudlu plov (foto resept)

Nuş olsun!

3 noyabr 2015
GO BACK