Qadin.NET / Qızardılmış toyuq budları (foto resept)

Qızardılmış toyuq budları (foto resept)

 

Qızardılmış toyuq budları (foto resept)

Tərkibi:

Toyuq budu - 12  ədəd

Acı bibər - 1 ədəd

Sarımsaq - 4 diş

Bal - 1 x.q

Sirkə - 50 ml.

Duz - istiot

2 x.q. küncüt 

"Zeytun bağları" zeytun yağı

Hazırlanması:

Qızardılmış toyuq budları (foto resept)

Əvvəlcə sous hazırlanır:

Bir qaba sirkə, bal, duz - istiot, xırda doğranmış acı bibər və əzilmiş sarımsağı əlavə edib yaxşı qarışdırın.

Qızardılmış toyuq budları (foto resept)
Sonra toyuq budlarını hazırladığımız sousda bir neçə saat saxlayırıq ki, yaxşı dadlı olsun.

İndi sobanın listinə parlaq kağız (yani folqa kağızı) qoyuruq.

Kağızın üzərinə bir az zeytun yağ çəkin və toyuq budlarını düzün.

 Qızardılmış toyuq budları (foto resept)

Amma qabın dibində qalan sousu tökməyin, lazım olacaq.

Qızardılmış toyuq budları (foto resept)

 Və 200 dərəcədə 45-50 dəqiqə bişməlidir.

Bir az bişdikdən sonra sobanızı açın və qabda qalan sousu ətin üzərinə gəzdirin və yenidən qoyun bişməyə.

Sonda istəsəniz isti-isti üzərinə küncüt səpə bilərsiniz.

Və budur yeməyimiz hazırdır!

Qızardılmış toyuq budları (foto resept)

Nuş olsun!

28 oktyabr 2015
GO BACK