Qadin.NET / Şüyüd plov (foto resept)

Şüyüd plov (foto resept)

Şüyüd plov (foto resept)

Tərkibi:

1 kq düyü

1 ədəd toyuq (və ya qoyun əti)

500 qr kərə yağı

5 dəstə şüyüd

5 ədəd yumurta

Azərduz yodlu narın xörək duzu

Sarıkök (və ya zəfəran)

Şüyüd plov (foto resept)

Hazırlanması: 

Düyünü duzlu suda isladırıq.

Şüyüd plov (foto resept)

Suyu qaynadıb düyünü qazana tökürük. 

Şüyüdü yuyub incə-incə doğrayırıq.

Şüyüd plov (foto resept)

Düyünü süzdükdən sonra aşsüzəndə üzərinə doğranmış şüyüdü tökürük.  

Asta-asta qarışdırırıq ki, düyü əzilməsin.

Şüyüd plov (foto resept)

Qazana qazmağı qoyub düyünü tökürük. Ərinmiş yağı töküb dəmə qoyuruq.

Şüyüd plov (foto resept)

Toyuğu doğrayıb soyutma bişiririk. 

Yumurtaları da soyutma bişiririk.  

Şüyüd plov (foto resept)

Plovumuz hazırdır.  Süfrəyə sarımsaqlı qatıqla verilir. Nuş olsun! 

Şüyüd plov (foto resept)

Bəzən şüyüdü düyü ilə qaynadıb süzürlər. Bu zaman dadı və ətri qaçır. Buna görə də düyünü süzdükdən sonra qatdıqda plovunuz daha ətirli alınacaq. 

Bəzi yerlərdə aşı süzüb qazana tökdükdən sonra düyünün üzərində oyuqlar açır və yumurtaları həmin oyuqlara qırırlar. Düyü dəm aldıqca yumurtalar da orada bişir.

13 iyun 2011
GO BACK