Qadin.NET / Toyuqlu göbələk boxçası (foto resept)

Toyuqlu göbələk boxçası (foto resept)

Tərkibi:

Toyuq döş əti-400 q

Göbələk-10 ədəd

Qaymaq- 4 x.q

Un-1 x.q

Holland pendiri-150 q

Şüyüd və ya cəfəri- 1 dəstə

Duz-istiot

Duru yağ- 1 x.q

Hazırlanması:

Göbələkləri yuyub ayaq hissələrini ayırmaq lazımdır.

Toyuqlu göbələk boxçası (foto resept)

Sonra göbələkləri bişirəcəyimiz qaba sıra ilə düzürük.

Toyuqlu göbələk boxçası (foto resept)

Toyuq filesini xırda-xırda doğrayıb tavada 5-10 dəqiqə müntəzəm qarışdırmaq şərti ilə bişiririk.

Toyuqlu göbələk boxçası (foto resept)

Sonra göbələyin ayaq hissələrini də xırda-xırda doğrayıb filenin üzərinə əlavə edirik və 5 dəqiqə birlikdə qovururuq. Qaymağın üzərinə un əlavə edib qarışdırırıq.

Toyuqlu göbələk boxçası (foto resept)

Sonra filenin üzərinə əlavə edirik.

Toyuqlu göbələk boxçası (foto resept)

Bu zaman odu zəif etmək lazımdır. 8-10 dəqiqə qarışdıraraq bişməyini gözləyirik. Bişdikdən sonra soyumasını gözləyirik.

Toyuqlu göbələk boxçası (foto resept)

Üzərinə zövqə görə şüyüd və ya xəfəri xırda-xırda doğrayıb əlavə edə bilərsiniz.

Toyuqlu göbələk boxçası (foto resept)

İçliyi göbələklərin içinə eyni qaydada qoyub üzərinə holland pendiri sürtkəcdən keçiririk.

Toyuqlu göbələk boxçası (foto resept)

180 dərəcədə 15-20 dəqiqə bişirmək lazımdır. Yeməyi soyuq halda vermək daha gözəl olar.

Toyuqlu göbələk boxçası (foto resept)

Nuş olsun!

18 sentyabr 2015
GO BACK