Tərkibi:
Boranı- 3kq
Duz- 1 çay qaşığı
Şəkər tozu -10 q
İstiot-1 çay qaşığı
Qarabaşaq-500 q
"Zeytun bağları" zeytun yağı-50 ml
Qoyun əti- 500 q
Soğan - 1ədəd
Sarımsaq- 1 diş
Duru yağ- 20 ml
Hazırlanması:
İlk öncə boranını şəkildə gördüyümüz kimi yuxarı hissəsin kəsib içini ehtiyatla təmizləyirik.
Qabıq hissəsi 1,5 sm olmalıdır. Sonra duz, istiot və şəkər tozunu qarışdırıb boranının içinə yaxşı-yaxşı çəkirik.
180 dərəcdə 1 saat ərzində sobaya qoyuruq ki, boranı bişsin. Lakin boranı öz görünüşünü yaxşı saxlamalıdır.
Boranı bişinə qədər biz duru yağda xırda-xırda doğranmış əti qovururuq.
Üzərinə soğan və xırda-xırda doğranmış boranıları əlavə edirik. Duzlayıb, istiotlayıb bişiririk.
Qarabaşı tam bişirmədən oddan götürüb bişirdiyimiz ətlə qarışdırırıq.
Boranını sobadan götürdükdən sonra qaşıqla ehtiyatla bir azda içini təmizləyirik.
Bişmiş boranının içərisindən gözəl sıyıq alınır. Sıyığı ayrı qabda yağda bir az bişiririk. Onu da yeməyimizin yanında təqdim edə bilərik. Hazırladığımız qarabaşaq sıyığını boranının içinə az-az ehtiyatla əlavə edirik. Sonra üzərinə yarım stəkan qaynar su əlavə edirik.
Sarımsağı da üzərinə qoyub boranı qapağı ilə ağzını örtürük. Boranının üzərini duru yağla yağlamaq lazımdır.
Bu ona parlaqlıq verəcək.
Sonra dərin bir qabada kağızın içərisində bişiririk. Bu zaman boranı öz formasını qəti itirməyəcək. 180 dərəcədə 1 saat ərzində bişir.
Nuş olsun!