Qadin.NET / Kartoflu hinduşka ətindən zapekanka

Kartoflu hinduşka ətindən zapekanka

Tərkibi:

Hind toyuğu ətindən farş-400 q

Kartof-600 q

Soğan- 1ədəd

Yumurta-2 ədəd

Qaymaq-150 q

Un- 1 stəkan

Pendir-100 q

Qırmızı istiot, qara istiot və duz - zövqə görə.

Duru yağ

Hazırlanması:

Əti bir qaba qoyub üzərinə duz-istiot səpirik. Sonra üzərinə sarımsağı sürtkəcdən keçiririk.

Kartoflu hinduşka ətindən zapekanka

Un 2 çay qaşığı və 1 yumurta əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Sonra kartofu qabığın soyub sürtkəcdən keçiririk.

Kartoflu hinduşka ətindən zapekanka

Üzərinə soğanı da sürtkəcdən keçiririk. Aşsüzənə qoyub suyunun getməsini gözləyirik.

Kartoflu hinduşka ətindən zapekanka

 

Kartoflu hinduşka ətindən zapekanka

Sonra üzərinə 1 yumurta, duz-istiot və qalan unu əlavə edib qarışdırırq.

Kartoflu hinduşka ətindən zapekanka

Bişirəcəyimiz qabı duru yağla yağlayıb kartofu ora əlavə edib yayırıq.

Kartoflu hinduşka ətindən zapekanka

Kartoflu hinduşka ətindən zapekanka

Sonra üzərinə əti əlavə edib yenə yayırıq. 180 dərəcədə isidilmiş sobada bişiririk. 45 dəqiqədən sonra çıxarıb üzərinə pendir sürtkəcdən keçirib yenidən 15 dəqiqə bişməyini gözləyirik. Dadlı zapekanka hazırdır. İsti-isti süfrəyə vermək daha yaxşıdır. 

Kartoflu hinduşka ətindən zapekanka

Nuş olsun!

11 sentyabr 2015
GO BACK