Qadin.NET / Rəngarəng toyuq filesindən yemək (foto resept)

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Tərkibi:

1 kq toyuq filesi

1-2 ədəd kök

1 ədəd qırmızı bolqar bibəri

1 ədəd çukkuni (Qabaq növü)

1 ədəd yumurta ağı

Zövqə uyğun 1 diş sarımsaq

Kəklik otu

Duz, istiot

3-4 x/q "Zeytun bağları" zeytun yağı

50 qr "Möcüzə" paket yağı

2-3 x/q nişasta

Hazırlanması:

Toyuq filesinin qıraqlarında olanları ayrılır və cib şəklində bıçaqla kəsilir.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

 

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Qırağından çıxanları maşından keçirilir.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Bolqar bibəri xırda doğranılır.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Çukkuni xırda kub şəklində doğranılır.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Kök də həmin qaydada doğranılır.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Doğranılan ərzaqlar dərin qaba üzərinə qaynar su əlavə edilərək 2 dəqiqə saxlanılıb süzülür.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Çəkilmiş fileyə yumurta ağı, zövqə uyğun sarımsaq, duz, istiot əlavə edilib qarışdırılır.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Üzərinə rəngli tərəvəzlər əlavə edilib yaxşıca qarışdırılır.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Hazır qarışıq cib şəklində açdığımız yerə doldurulur.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Hərtərəfli nişastaya batırılır.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Qızdırılmış tavaya kərə yağı və zeytun yağı əlavə edilir.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Doldurulmuş filelər yağda hər iki üzü qızardılır, üzərinə kəklik otu səpilərək.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Qızardılmış filelər başqa bir formaya yığılıb üzərinə azca su əlavə edilib 180 dərəcədə isidilmiş sobaya 15 dəqiqə  qoyularaq bişirilir.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Rəngarəng toyuq filesindən yemək (foto resept)

İti biçaqla dilimləyib süfrəyə verə bilərsiniz.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Yeməyimiz hazırdır.

Rəngarəng toyuq filesindən yemək (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

 

                                                                                                                                                                                                      

29 avqust 2015
GO BACK