Qadin.NET / Rulet formasında lazyana (foto resept)

Rulet formasında lazyana (foto resept)

Tərkibi:

Toyuğun döş əti - 700 q

Soğan - 3 ədəd

Pomidor - 8

Göbələk (soğanla qızardılmış)- 3 x.q

Lavaş - 2 ədəd

Duz, istiot, ədviyyatlar

"Möcüzə"paket yağı - 100 q

Un - 4 y.q

Süd - 1 litr

Pendir (sürtgəcdən keçirilmiş)

Hazırlanması:

Soğanları yarım halqa şəklində nazik-nazik doğrayın. 

Rulet formasında lazyana (foto resept)

Pomidorların qabığını soyun nazik nazik doğrayın. 

Rulet formasında lazyana (foto resept)

Toyuğun döş ətini xırda-xırda doğrayın. 

Rulet formasında lazyana (foto resept)

Və başlayırıq doğradıqlarımızı qızartmağa. Birinci soğanı iki yerə bölürük və bir hissəsini qızardırıq, üzərinə pomidoru, daha sonra göyərti və ədviyyatları əlavə edin. 

Rulet formasında lazyana (foto resept)

İkinci tavada toyuq ətini digər soğanlarla birlikdə qızardın. 

Rulet formasında lazyana (foto resept)

Tərəvəzli içliyin suyunu süzün. Çünki axırda lazım olacaq. 

Rulet formasında lazyana (foto resept)

İndi isə beşamel sousunu hazırlayaq. Ərinmiş yağ ilə unu yaxşı-yaxşı qarışdırın. 

Rulet formasında lazyana (foto resept)

Sonra südü əlavə edib blenderlə çalın. Duz, ədviyyat əlavə edib zəif odda bir az bişirin.

Elə etmək lazımdır ki, xama kimi qatı olsun. 

Rulet formasında lazyana (foto resept)

"Möcüzə" duru yağı ilə lavaşı isladın və hazırlanmış sousu lavaşa çəkin. 

Rulet formasında lazyana (foto resept)

Tərəvəzli və toyuqlu içliyi tam yarı bölüb lavaşın üzərinə səpin və ikinci lavaşı üstünə qoyun. 

Rulet formasında lazyana (foto resept)

İkinci lavaşı da eyni qayda ilə hazırlayırıq.

Üzərinə sous və tərəvəzli toyuq ətli içlik, əvvəlcədən soğanla qızardılmış göbələyi və sürtgəcdən keçirilmiş pendiri üzərinə sərpin. 

Rulet formasında lazyana (foto resept)

Rulet kimi bükün. Götürdüyümüz tərəvəzli sousu üzərinə çəkin və 160-170 dərəcədə 10 dəqiqə bişirin. 

Rulet formasında lazyana (foto resept)

Sobadan çıxarıb pomidor suyundan bir az töküb yenidən 10 dəqiqə bişirməyə qoyun.

Rulet formasında lazyana (foto resept)

Görün necə dadlı alınıb. 

Rulet formasında lazyana (foto resept)

Nuş olsun! 

(Tərcümə edilib)

14 iyun 2015
GO BACK