Qadin.NET / Qızıl balıqlı piroq(foto resept)

Qızıl balıqlı piroq(foto resept)

Tərkibi:

Xəmir üçün:

Süd- 100 q

Maya - 35 q

Yumurta -1 ədəd

Şəkər tozu- 2 xörək qaşığı

Duz- 1 çay qaşığı

"Zeytun bağları" zeytun yağı-50 q

Un -370 q

İçlik:

Qızıl balığın filesi- 600 q

Holland pendiri- 200 q

Qırmızı bolqar bibəri-1 ədəd

Pomidor- 1 ədəd

Göyərti - zövqə görə

Duz-istiot

Yumurta -1 ədəd

Hazırlanması:

Qızıl balıqlı piroq(foto resept)
Qızıl balıqlı piroq(foto resept)

Xəmiri yoğurub 2 saat dincəlməsi üçün gözləyirik. 

Qızıl balıqlı piroq(foto resept)

İçlik üçün pomidoru, bibəri və holland pendirini şəkildəki kimi doğrayırıq.

Balığı da uzunsov doğramaq lazımdır.

Folqa kağızının üzərində xəmirimizi yayırıq.

Qızıl balıqlı piroq(foto resept)

Xəmirin qalınlığı 1 sm ola bilər.

Qızıl balıqlı piroq(foto resept)

Şəkildə gördüyünüz kimi balığı xəmirimin üzərinə düzmək lazımdır.

Qızıl balıqlı piroq(foto resept)

Sonra xəmiri balığın üzərinə çevirib, şəkildəki kimi 4 sm enində kəsmək lazımdır.

Qızıl balıqlı piroq(foto resept)

Və kəsdiyimiz hissələri çevirib qalan balıqları isə piroqun ortasına düzürük.

Qızıl balıqlı piroq(foto resept)

Sonra balığın üzərindən pomidoru və bibərləri düzmək lazımdır. 

Duz istiot səpdikdən sonra zövqünüzə uyğun gözyərtini xırda-xırda doğrayıb səpə bilərsiniz.

Qızıl balıqlı piroq(foto resept)

Və holland pendirini üzərindən düzürük. 30 dəqiqə yenə də hazır piroqu dincəlməsi üçün gözləyirik. 25-30 dəqiqə 180 dərəcədə bişirdikdən sonra çıxarıb üzərinə yumurta çıkib yenidən 10 dəqiqə bişməsi üçün sobaya qoyuruq.

Qızıl balıqlı piroqumuz hazırdır.

Qızıl balıqlı piroq(foto resept)

Nuş olsun!

16 may 2015
GO BACK