Qadin.NET / Şüşədə toyuq (foto resept)

Şüşədə toyuq (foto resept)

Şüşədə toyuq (foto resept)

Tərkibi:

1,2-2 kqlıq toyuq
duz
Dənəvər ağ və qara istiot 
Dəfnə yarpağı
1 iri baş soğan 
1 pomidor 
1 bolqar bibəri (tərəvəz qisminə özünüz də əlavələr edə bilərsiniz)
1 ədəd 3 litrlik balon
1 dəmir banka qapağı
Hazırlanması:

Şüşədə toyuq (foto resept)

Tərəvəzi və toyuğu təmizləyib, yuyub doğrayın. Lay-lay balona yığın: toyuğu döşəyin, azca duz vurun, üç-dörd istiot dənəsi, dəfnə yarpağı + pomidor + bolqar bibəri və bu minvalla ərzaq bitənədək davam edin.

Balona heç bir maye - nə su, nə yağ- əlavə etmək lazım deyil! Onu lap ağzınadək doldurmaq da yaxşı deyil, çünki bişəndə toyuğun və tərəvəzin öz şirəsi çıxır, balondan axsa, əlavə başağrısıdır. Toyuq balacadırsa, tərəvəzi çox edin, böyükdürsə, azaldın. Tərəvəz qismində yerkökü, kartof, kələm istifadə edə bilərsiniz. Kartof istifadə etməyəcəyiniz təqdirdə limon və portağal dilimləri də əlavə etmək olar. Qara gavalı, alça qurusu da ona əla dad verər.  

Balonun ağzına rezinsiz dəmir qapaq qoyun, soyuq sobaya yerləşdirin. (Təbii ki, onu formanın içinə, yaxud dəmir şəbəkənin üstünə qoymaq lazımdır ki, çıxarmaq asan olsun).
Sobanı yandırın, 150 dərəcəyə ayarlayın. 30 dəqiqə bişdikdən sonra 180 dərəcəyədək qaldırın, daha 1-1,5 saat bişirin. 

Şüşədə toyuq (foto resept)

Nuş olsun!

18 fevral 2015
GO BACK