Tərkibi:
Bir toyuğun döş əti,
5 x.q "Möcüzə" qarğıdalı yağı,
5 x.q süd,
1 ç. q bibər tomatı,
1ç.q. "Bizim Tarla" tomat pastası,
1 ədəd soğan,
duz, istiot
Əvvəlcə soğanı rəndəliyib suyunu sıxırıq və dənələrini atırıq. Suyuna 3 x.q. duru yağ, pomidor və bibər tomat, duz, istiot, südü bir qabda qarışdırırıq.
Həmin qarışığa ətləri basdırırıq və çalışmaq lazımdır ətdə sümük olmasın. 24 saat soyuducunun alt gözündə saxlayırıq.
Səhərsi gün ətləri streç klyonkaya üst-üstə yığırıq və dördkünc kərpic formasına salırıq. Soyuducunun üst gözündə dondururuq.
Tam donduqdan sonra taxta üzərində çalışdıqca nazik dilimlər doğrayırıq. Çalışın, çox incə olsun. Tavaya 2 x.qaşıq yağı da əlavə edib bişiririk. Tam suyu çəkilsin və istəsəniz qızarda da bilərsiniz.
Bu formaya düşənə qədər bişirin.
Artıq ətimiz hazırdı.
Sonra ətin üzərinə qoyacaq tərəvəzləri doğrayıb qaba yığırıq.
İstər çörək, istərsəniz də lavaş arasına yığın və üzərinə mayonez çəkin. Belə bir setkada , ya da başqa qızdırıcılarda isidin.
Dadına doyulmaz ev dönərimiz hazırdı.
Nuş olsun!