Qadin.NET / Göbələk içlikli lavaş(foto resept)

Göbələk içlikli lavaş(foto resept)

 Göbələk içlikli lavaş(foto resept)

Tərkibi:

Lavaş (dəyirmi) - 5 ədəd,

 Göbələk - 300-500 qram yeməli göbələklər,

 Pendir - 150 q,

 Pomidor - 1 ədəd,

 Baş soğan - 2 ədəd,

 Göyərti (şüyüd, cəfəri) - 1 dəstə,

 "Möcüzə" qarğıdalı yağı

 Ədviyyat.

Göbələk içlikli lavaş(foto resept)

Hazırlanması:

Göbələk içlikli lavaş(foto resept)

Göyərtini xırda-xırda doğrayırıq. Pendiri sürtgəcdən keçirib göyərti ilə qarışdırırıq.

Göbələk içlikli lavaş(foto resept)

Göbələkləri xırda-xırda doğrayıb bir neçə dəqiqə yağda qovururuq. Sonra soğanı və göbələkləri blendrdən keçiririk və yenə yağda qovururuq. Və soyumağa qoyuruq.

Göbələk içlikli lavaş(foto resept)

Lavaşın üzərinə göyərtili pendir qarışığından bir az səpirik. Sonra alınan göbələk ikrasından qoyuruq. Pomidorları dairə formasında doğrayıb ikranın üzərinə düzürük və yenə göyərtili pendir qarışığından səpirik. Lavaşı üzərinə çevirib sobada pendir əriyənə kimi salayırıq.

Göbələk içlikli lavaş(foto resept)

Göbələkli lavaşımız hazırdır.

Nuş olsun!

(tərcümə edilib)

24 yanvar 2015
GO BACK