Tərkibi:
Təqribən 1 kq çəkisi olan toyuq
400 q file
100 q zeytun
1 ədəd yumurta
1 st çörək ovuntusu
400 q şampinyon göbələyi
1 y.q qarğıdalı nişastası
50-100 ml krem
Duz, istiot, kəklikotu
Soğan, sarımsaq
Hazırlanması:
Toyuğun dərisini bütöv bir şəkildə çıxarın. Sinə hissəsindən kəsin və əllərinizi dərisinin altına salaraq ətdən aralayın ki, dəri rahat çıxsın. Bıçaqla da dərini rahatca soya bilərsiniz.
Toyuğun ətini və fileni çox kiçik olmaqla tikələrə ayırın. Ət çəkən maşından da keçirmək olar. Zeytunları kiçik halda doğrayın və ətin üzərinə əlavə edin. Soğanı da narın-narın doğrayın və yağda bir qədər qızardın, yumşalsa, bəs edər. Sonra isə soğanın üzərinə kiçik hissələrə doğranmış göbələyi əlavə edin və 10-15 dəqiqə ərzində bişirin (göbələklərin suyu tam çıxana qədər). Soğanlı qarışımı süzün və ətli qarışıma əlavə edin. Sonra isə bu qarışımın üzərinə yumurta, çörək ovuntusu, kremdə qarışdırılmış qarğıdalı nişastası, sarımsaq, duz, istiot və kəklikotu əlavə edib yaxşıca qarışdırın və soyuducuya qoyun.
Qarışım bir qədər özünə gəldikdən sonra onu soyuducudan çıxarın və toyuq dərisinin içinə yığın. Toyuq dərisini büküb açıq yerləri tikin (balıq ləvəngisi kimi). Toyuq dərisinin içini çox doldurmayın ki, dəri partlamasın.
Dərinin üzərinə xama və ya istədiyiniz hər hansısa suosdan çəkərək 1800C-də qızdırılmış sobada saat yarım ərzində bişirin.
Toyuq bişəndən sonra isti ikən sapı kəsərək üzərindən çıxarın. Çünki soyuyandan sonra onu çıxartmaq problem ola bilər. Dərinin sap olan hissəsini də kəsib ata bilərsiniz.
Toyuq dərisi yeməyənlər dəri hissəni kənara qoyub sadəcə içliyi yeyə bilər. İçliyi də çox ləzzətli olur.
Göbələkli toyuq burmamız hazırdır.
Yeməyin tərkibindəki krem adi bildiyimiz hazır satılan kremlərdəndir. Nümunə üçün aşağıdakı şəklə baxa bilərsiniz.

Nuş olsun!
(Tərcümə edilib)