Qadin.NET / Toyuq ətli, kartoflu piroq (foto resept)

Toyuq ətli, kartoflu piroq (foto resept)

Tərkibi:

500 q mayalı xəmir (adi çörək xəmiri)

 500 q toyuq əti (çəkilmiş)

4 ədəd kartof

1 ədəd soğan

1 ədəd alma

2 xörək qaşığı duru yağ

1 ədəd yumurta

2 xörək qaşığı xama

1 çay qaşığı xardal

Kəklikotu

Göyərti

Duz, istiot 

Toyuq ətli, kartoflu piroq (foto resept)

Hazırlanması:

Əvvəlcə kartof və soğan dördkünc şəkildə doğranılır. Sonra azca duz səpilib duru yağda qızardılır (bir az bərk olanda qazı söndürün.).

Toyuq ətli, kartoflu piroq (foto resept)

Sonra isə tavadan boşaldın ki, soyusun.

 Toyuq ətli, kartoflu piroq (foto resept)

Soyumuş kartofa xırda doğranmış alma və çəkilmiş toyuq ətini əlavə edin.

Toyuq ətli, kartoflu piroq (foto resept)

Sonra isə keşniş, şüyüd, xama, duz, istiot, kəklikotu və xardal əlavə edib yaxşıca qarışdırın.

Toyuq ətli, kartoflu piroq (foto resept)

Hazır acımış xəmiri iki hissəyə bölün (biri yekə, biri balaca olmalıdır, xəmirin altı və üstü üçün). Xəmiri bişirəcəyiniz qabı yağlayın, Xəmiri üzərinə yerləşdirin və üzərinə içliyi əlavə edirik.

Toyuq ətli, kartoflu piroq (foto resept)

İkinci kündənin xəmirini də yayıb dəlik-dəlik edin. Əgər belə alətiniz yoxdursa, adi bıçaqla da çox səliqəli halda (şəkildəki kimi) etmək olar.

Toyuq ətli, kartoflu piroq (foto resept)

Hazır xəmiri üst hissəyə qoyun, qabın yan hissələrində xəmiri yaxşı bükün ki, içi axmasın. Sonda piroqun üzərinə çalınmış yumurta çəkib biraz gözləyin (5-10 dəqiqə). 

Toyuq ətli, kartoflu piroq (foto resept)

Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 35-40 dəqiqə ərzində bişirin.

Toyuq ətli, kartoflu piroq (foto resept)

Toyuq ətli, kartoflu piroqumuz hazırdır.

[thumb]http://qadin.net/uploads/posts/2014-11/1415532976_ba66c078a59a51cb3a7d282bab866.jpg[/thumb]

Nuş olsun!

(Tərcümə edilib)

14 noyabr 2014
GO BACK