Qadin.NET / Ləzzətli toyuq (foto resept)

Ləzzətli toyuq (foto resept)

Ləzzətli toyuq (foto resept)

Tərkibi:

300 q toyuq filesi

150 q bolqar bibəri

2-3 diş sarımsaq

Sous üçün:

5 x.q soya sousu

5 x.q su

2 x.q üzüm və ya alma sirkəsi

1 x.q şəkər tozu

1 ç.q nişasta

Duz

İstiot

Hazırlanması:

 Toyuğu böyük olmayan tikələrə bölün və duzlayın. 

Ləzzətli toyuq (foto resept)

Bolqar bibərini də şəkildəki kimi doğrayın.

Ləzzətli toyuq (foto resept)

Sarımsağı təmizləyin və xırda-xırda doğrayın.

Ləzzətli toyuq (foto resept)

Sous üçün lazım olan inqridientləri (duz və istiotdan başqa) qarışdırın.

Ləzzətli toyuq (foto resept)

Toyuğu iki hissəyə ayırın və hər iki hissəni ayrı-ayrılıqda qızardın. Əvvəlcə yağı güclü odda qızdırın. Sonra üzərinə toyuğu əlavə edin və qarışdıra-qarışdıra hər tərəfi ağaranacan bir neçə dəqiqə bişirin. Sonra toyuğu bir qaba qoyun.

Ləzzətli toyuq (foto resept)

Sonra isə bibərlə sarımsağı qarışdıraraq güclü odda həmin tavada bişirin.

Ləzzətli toyuq (foto resept)

Daha sonra isə odun dərəcəsini azaldın və toyuğu bibərin üzərinə tavaya əlavə edin və qarışdırın. Sousu da əlavə edərək qarışdırın. Zövqə görə duz, istiot əlavə edin. 10-15 dəqiqə daha bişirin. Ət tam bişəndən sonra tavanın altını söndürün.

Ləzzətli toyuq (foto resept)

Qarnir olaraq düyüdən istifadə etmək əla olar.

Ləzzətli toyuq (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

19 iyun 2014
GO BACK