Qadin.NET / Balqabaqlı ördək qızartması (foto resept)

Balqabaqlı ördək qızartması (foto resept)

Balqabaqlı ördək qızartması (foto resept)

Tərkibi:

2-2,5 kq. ağırlığında bütöv ördək

600 qr. balqabaq

0.5 ç.q. quru kəklikotu

2 x.q. "Zeytun Bağları" zeytun yağı

50 ml. teryaki sousu

Zövqə görə duz və istiot

2 limon

Hazırlanması: 

Balqabaqlı ördək qızartması (foto resept)

  Ördək yaxşı-yaxşı təmizlənir. Ördəyin hər yerinə duz və istiot vurun. İki ədəd limonu 8 dilim edib, ördəyin içərisinə yerləşdirin. 

Balqabaqlı ördək qızartması (foto resept)

Ördəyi şəkildəki kimi qalın sapla bağlayırıq. Bu halda sizin bişirdiyiniz ördək öz formasını itirməyəcək.

Balqabaqlı ördək qızartması (foto resept)

15 dəqiqəlik 250 dərəcədə isidilmiş sobaya qoyuruq. Sonra sobadan çıxardıb, döş hissəsini üstə çevirmək lazımdır. Sonra sobanı 170 dərəcə qoyub 70-80 dəqiq bişməyə davam etdirilir.

Balqabaqlı ördək qızartması (foto resept)

Balqabaqlar kvadrat şəklində doğranılır və üzərinə duz, kəklikotu, zeytun yağı əlavə olunub qarışdırılır.

Balqabaqlı ördək qızartması (foto resept)

40 dəqiqə bitəndən sonra ördək sobadan çıxarılır və balqabaqlar ördəyin ətrafına səliqəli şəkildə düzülür.

Bişməyinə 15 dəqiqə qalmış ördək sobadan çıxarılır və üzərinə sousu əlavə edilir. 5-10 dəqiqə yenidən bişirib, sobadan çıxarırıq.

Balqabaqlı ördək qızartması (foto resept)

10-15 dəqiqə gözlədikdən sonra süfrəyə verə bilərsiniz. 

Nuş olsun!

(Tərcümə edilib)

17 fevral 2014
GO BACK