Qadin.NET / Marinada qoyulmuş hind toyuğu budu (foto resept)

Marinada qoyulmuş hind toyuğu budu (foto resept)

Tərkibi:

1 ədəd hind toyuğu budu (təxminən 1.5 kq)

1 ədəd orta boy soğan

2 diş sarımsaq

2 çay qaşığı xardal 

1/4 çay qaşığı istiot

1 çay qaşığı şirin qırmızı bibər

1 çay qaşığı zirə 

1 çay qaşığı duz

1/3 çay qaşığı qara bibər

3 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı

Bir qədər rozmarin

Bir qədər kəklikotu

Hazırlanması:

Əvvəlcə marinadı hazırlayırıq. Bunun üçün blenderin qabına soğanın yarısı, sarımsaq, xardal, istiot, qırmızı bibər, zirə, duz, qara bibər və zeytun yağı tökürük, qarışdırırıq.

 

Marinada qoyulmuş hind toyuğu budu (foto resept)
Marinada qoyulmuş hind toyuğu budu (foto resept)

 

Hazır olan marinadamızı hind toyuğu budunun hər tərəfinə sürtürük, mümkündürsə, barmağınızla dərinin altına da sürtün. Ardından budu formalı qaba qoyun, kənarlarına isə qalan yarım soğanı doğrayın və göyərtiləri də düzün.

200 dərəcəlik sobaya qoyun. Təxminən 70-80 dəqiqəyə hazır olur. Yenə də bişmə müddəti sobanızdan asılıdır.

 

Marinada qoyulmuş hind toyuğu budu (foto resept)

Hazır olan budu sobanın içərisində 7-10 dəqiqə saxlayırıq. Daha sonra dilimləyərək süfrəyə təqdim edə bilərik.

 

Nus olsun!

(Tərcümə edilib)

16 yanvar 2014
GO BACK