Qadin.NET / Bulqurlu yarpaq dolması (foto resept)

Bulqurlu yarpaq dolması (foto resept)

Tərkibi:

Bulqur

3 ədəd soyulmuş pomidoru

1 dəstə yaşıl soğan

Şüyüd

Təzə nanə

zeytun yağı

Üzüm yarpağı

Döyülmüş zirə

Limon suyu

Şəkər tozu

Duz

İstiot

Hazırlanması: 

Bulqurlu yarpaq dolması (foto resept)

Yuyulmuş bulquru təmizlənmiş və xırda-xırda doğranmış soğan və şüyüdlə qarışdırırıq. Sonra doğranmış nanə və pomidor əlavə edirik. 0,5 stəkan zeytun yağı və 1 xörək qaşığı limon suyu əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Sonda isə döyülmüş zirə, duz və istiot əlavə edib 30-60 dəqiqə otaq temperaturunda saxlayırıq.

Bulqurlu yarpaq dolması (foto resept)

Əvvəlcə üzüm yarpaqlarını qaynayan suda 5-10 saniyə saxlayırıq. Sonra isə soyuq suda saxlayırıq. Və təmiz dəsmalın üzərində suyunun süzülməsini gözləyirik.

Bulqurlu yarpaq dolması (foto resept)

Yarpağın içinə hazırladığımız içlikdən 1 xörək qaşığı qoyub bükməyə başlayırıq. 

Bulqurlu yarpaq dolması (foto resept)

Bu formada uzunsov, səliqə ilə bükürük.

Bulqurlu yarpaq dolması (foto resept)

Dolmanı bişirəcəyimiz qazanın altına ilk öncə 2 sıra üzüm yarpağı düzüb, sonra hazır dolmalarımızı sıra ilə yığırıq. 4 qaşıq limon suyu ilə 4 qaşıq zeytun yağını və 1çay qaşığı şəkər tozunu qarışdırıb dolmanın üzərinə əlavə edirik. Sonra isə dolmanın üzərinə çıxacaq qədər su əlavə edirib üzərinə bir qab qoyuruq. 45-50 dəqiqə zəif odda bişiririk.

Bulqurlu yarpaq dolmamız hazırdır. 

Bulqurlu yarpaq dolması (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

15 mart 2018
GO BACK