Qadin.NET / Ukrayna mətbəxindən "Nudli " (foto resept)

Ukrayna mətbəxindən "Nudli " (foto resept)

Tərkibi:

500 qr ət (mal, qoyun və ya toyuq əti )

7-8 ədəd kartof

2-3 ədəd soğan

2 ədəd kök

"Wellington" kərə yağı

Duz, istiot

Su

Nudli üçün:

0,5 st kefir

1/4 ç/q soda

3-4 diş sarımsaq

0,5 dəstə şüyüd

3-4 x/q "Zeytun Bağları" zeytun yağı

Duz

Un - apardığı qədər

Hazırlanması:

Soğan xırda doğranılıb, kök sürtgəcdən keçirilir. Bir qazana yağ əlavə edərək soğan və kökü azca qovururuq. Ət kub şəklində doğranılıb soğan və köklə birlikdə qızardılır. Azca su əlavə edilərək qapağı bağlanıb zəif od üzərində bişməyə qoyuruq.

.

Dərin qaba kefir, soda, duz əlavə edib qarışdırırıq.

Un əlavə edərək xəmir hazırlayırıq.

Hazır xəmirin üzərinə sellofan çəkib 15-20 dəqiqə dincəlməyə  qoyuruq.

Kartofu doğrayaraq bol yağda qızardırıq (istəyə görə kartofu qızartmamaq da olar).

Ət hazır olduqda üzərinə kartof, duz, istiot əlavə edərək ehmalca qarışdırırıq. Qapağı bağlayıb zəif od üzərinə qoyuruq (lazım olarsa su əlavə etmək olar).

 

Xəmir yayıb üzərinə bitki yağı çəkirik. Sürtgəcdən keçirilmiş sarımsaq və xırda doğranmış şüyüd səpib bururuq.

 

Bir barmaq enində doğrayırıq.

Hazır nudliləri yeməyin üzərinə hərtərəfli yığıb,qazanın qapağını bağlayırıq,zəif odun üzərinə hazır olana qədər bişiririk.

 

Nudlimiz  hazırdır.

Nuş olsun!

 

                                                                                                                     (tərcümə edilib )

7 noyabr 2013
GO BACK