Tərkibi:
5-6 adəd yumru kökələr
300 qr çəkilmiş ət
Süd
1-2 ədəd pomidor
3-4 ədəd duzlu xiyar
Holland pendiri
Ketçup
Kahı
150 qr soğan
10 x.q. 6%-li sirkə
15 x.q. su
3 x.q. pesok
Duz, istiot
"Zeytun Bağları" zeytun yağı
Hazırlanması:
Soğan yumru formada doğranılır.
Soğan üçün sous hazırlanır: su, sirkə, şəkər tozu qarışdırılır.
Bir adəd kökəni süddə isladırıq.
Sonra kökəni astaca sıxıb, ətin üzərinə əlavə edirik, duz-istiot vurulub qarışdırılır.
Çəkilmiş ətdən nazik kotlet düzəldilir.
Sonra pomidorlar halqa şəklində doğranılır.
Duzlu xiyarlar uzun-uzun doğranılır.
Kotletlərin hər iki tərəfi az yağda 5-7 dəqiqə qızardılır.
Yumru kökələr iki yerə ayrılır.
Üzərinə ketçup çəkilir.
Üzərinə kahı qoyulur.
Kahının üzərinə kotlet qoyulur.
Kotletin üzərinə holland pendiri qoyulur.
Pendirin üzərinə pomidor qoyulur.
Pomidorun üzərinə soğan qoyulur.
Soğanın üzərinə duzlu xiyar qoyulur.
Və üzəri kökənin digər hissəsi ilə örtülür.
Nuş olsun!
(Tərcümə edilib)