Qadin.NET / ''Ali Müsəmma" plovu (foto resept)

''Ali Müsəmma" plovu (foto resept)

Əziz xanımlar, bu gün sizlərə təqdim etmək istədiyim yemək bölgəmiz Lənkəranın bütün məclislərində, eləcə də qonaq üçün açdığımız süfrənin ən şah yeməyidir. Biz tərəflərdə buna ''Şirin qovrulmalı aş qarası'' deyirlər. Amma yeməyin kökünün Qarabağımızdan olmasını mən Gülşən xanımın ''Qarabağ bölgəsinin mətbəxi'' adlı xəbərindən öyrəndim və sevə-sevə bişirib sizləri də tanış edirəm. Buyurun:

''Ali Müsəmma" plovu (foto resept)

Tərkibi:

2-3 ədəd soğan

100 q qoyun əti

Qaysı

Albuxara

Kişmiş

Darçın

Zəfəran

2 x.q şəkər tozu

2 x.q doşab

Kərə yağı

"Azərduz" yodlu narın xörək duzu

Hazırlanması:

 Əvvəlcə soğanı doğrayırıq, əti qaynadıb kəfini alırıq, suyuna duz qatırıq. Bulyonunu bir qırağa qoyuruq. Çərəzləri ilıq suda isladırıq. 
Soğanı yağda azacıq qovururuq, sonra üzərinə ət tikələrini əlavə edirik. 

''Ali Müsəmma" plovu (foto resept)  

Bir az qovurandan sonra isə islatdığımız çərəzləri əlavə edib, rəngi dəyişənədək qovurmaq lazımdır. 

''Ali Müsəmma" plovu (foto resept)

 

  ''Ali Müsəmma" plovu (foto resept)

Dərin qazan götürüb bayaq qovurduğumuz ərzaqları içinə töküb, şəkər tozu, doşab və ədviyyatları qatırıq, lap sonda isə ayırdığımız ətin bulyonunu əlavə edirik. 

''Ali Müsəmma" plovu (foto resept)  

Zəif odda, suyu çəkilənədək dəmə qoyuruq.

  ''Ali Müsəmma" plovu (foto resept)

Zəfəranlı, süzülmuş düyü ilə istədiyiniz formada süfrəyə verə bilərsiniz.  

''Ali Müsəmma" plovu (foto resept)  

Nuş olsun!

3 may 2013
GO BACK