Tərkibi
İç üçün:
0.5 kq yağlı qiymə
125 qr marqarin
1 armudu stəkan duru yağ
"Azərduz" yodlu narın xörək duzu, istiot
Öncə iç içliyi hazırlamaq üçün soğanları doğrayırıq, marqarin və duru yağ ilə soğanlar qızılı rəng alana qədər qovururuq. Daha sonra qiyməni əlavə edib qiymə tam bişənə qədər qovurmağa davam edirik. Ocaqdan götürüb duzunu və istiotunu əlavə edirik. Hazır içliyin soyuq, hətta donmuş olması lazımdır. Buna görə də içliyi öncədən hazırlayıb soyuducuda dondururuq.
Xəmir üçün:
1kq küftəlik bulqur
1/2 kq yağsız qiymə (ən az 2-3 dəfə çəkilmiş olmalı)
1 yemək qaşığı duz
5-6 st su
Bulqur, duz və qiyməni qarışdırıb asta-asta su əlavə edib xəmir yoğururuq. Xəmirin yoğrulması ən azı 45 dəqiqə çəkməlidir. Çünki bulqurların şişib qiymə ilə qarışması uzun vaxt aparır. Əgər blenderiniz varsa ərzaqları bir az suyla qarışdırdıqdan sonra blenderlə asta-asta su əlavə edərək yoğura bilərsiniz. Amma ən axırda mütləq 5-10 dəqiqə əl ilə yoğurmalısız. Əgər xəmir asanlıqla xəmir kimi istədiyiniz şəkli halı ala bilirsə demək xəmir hazırdır. Xəmirdən qoz böyüklüyündə parçalar qopararaq yuxarıdakı şəkildə göründüyü kimi oyuruq. İçinə qiyməli içlik qoyub əlimizlə bağlayırıq. Hazırladığımız küftələri qaynar yağda qızardırıq.
Nuş olsun!
(Resept tərcümə olunub)