Qadin.NET / "Sirli" kələm (foto resept)

"Sirli" kələm (foto resept)

Tərkibi:

1 ədəd kələm

1 kq çəkilmiş ət

2-3 ədəd soğan

Suxari

1 ədəd yumurta

"Azərduz" yodlu narın xörək duzu

İstiot

Zövqə görə ədviyyat

Bitki yağı

Alüminium folqa

Hazırlanması:

Kələmin saplaq hissəsi bıçaqla kəsilərək çıxarılır.

Qazana su əlavə edilib odun üzərinə qoyulur, üzərinə süzgəc yerləşdirilir və kələm süzgəcə qoyularaq ağzı bağlı halda buxarda bişirilir.

Soğanı həm çəkib ətə qatmaq olar, həm də xırda doğrayıb yağda qovurub sonra ətə qatmaq olar.

Çəkilmiş ətə soğan, duz, istiot əlavə edilib yaxşı qarışdırılır.

 

Hazır kələmin folqa üzərində ehtiyatla yarpaqları açılır, amma ayırmamaq şərtilə (şəkildəki kimi).

 

Hər yarpağa içlik qoyaraq  təkrar kələm formasına gətirilir və üzərinə bitki yağı gəzdirilir.

Folqa kələmə bükülür və qazana yerləşdirilir.

İstəyə görə sobada və ya qazanda bişirmək mümkündür. Sobada bişirmək üçün 180 dərəcəli sobada hazır olana qədər bişirilir.

Qazanda bişirmək üçün suda "Bizim Tarla" tomat pastası həll edilib  qazana əlavə edilir, zəif atəşdə qapağı bağlı şəkildə hazır olana qədər bişirilir. 
Hazır olduqda  folqa açılır. İstəyə görə kələmin üzərinə çalınmış yumurta çəkilir, suxarı səpib yenidən sobaya qızarana qədər qoyulur.
Sirli kələmimiz hazırdır.
İstəyə görə gül kələmi ilə də etmək mümkündür.
Nuş olsun!
                                                                               
(tərcümə edilib)
 
7 may 2013
GO BACK