Qadin.NET / Yalançı qurud (foto resept)

Yalançı qurud (foto resept)

Tərkibi:

6-7 ədəd baş soğan

1 st. xama

1 lt. qatıq

1 ədəd yumurta

1 x.q. un

1.5 st. su.

"Azərduz" yodlu narın xörək duzu

Hazırlanması:

Soğanı doğrayıb, tavada qızardırıq.


Bir qaba qatığı, unu, yumurtanı, xamanı, suyu və duzu əlavə edib blenderlə həll edirik. Həll olunan qarışığı ocağa qoyub qarışdırırıq (dovğa kimi). Qatıq qaynamamalıdır.



Lavaşı əl ilə bölürük və qaba qoyuruq.

Üzərinə ilk öncə qatığı, daha sonra isə soğanı əlavə edirik.

Qurud hazırdır.

Nuş olsun!

    Qeyd edim ki, bu yeməyi çəngəl və ya qaşıqla yox, lavaşla yeyirlər . Qırmızı soğan isə yeməyə daha da gözəl dad verir.

P.S. Niyə yalançı qurud? Çünki, əsl qurud qurudulmuş kəsmikdən (şor) hazırlanır. Qatıq əvəzi kəsmiyi suda həll edirlər. Bu, ancaq kənd yerlərində olur. Ona görə də bu yeməyə yalançı qurud deyilir.

27 mart 2013
GO BACK