Qadin.NET / Aş Tortu

Aş Tortu

Aş Tortu

 

Aş tortu

4 nəfər üçün nəzərdə tutulub

 

Ərzaqlar:

1. Bir tavaya düyü və suyu tökürük, su çəkildikcə bir də su əlavə edirik. Su çəkilənə yaxın bitki yağı əlavə edib, qarışdıra qarışdıra düyünü qovururuq.

 

2. Başqa bir tavaya- toyuq ətini bir az suda bişirib, daha sonra yağda soğanla qızardırıq. 

 

3. Düyü və toyuq əti çox qızartmaq lazım deyil. Orta istilikdə bişəndən sonra tort şəkilində qazana kərə yağı töküb, toyuqla soğanı səliqəli yığırıq, üzərinə düyüləri tökürük. Bir az su və yağ əlavə edib qazın üstünə qoyuruq. Ara-bir qapağı açıb düyünü qarışdırmaq lazımdır ki, hər tərəfi toyuğun ətrini və dadını alsın. Tam bişənə az qalmış qapağı açmırıq. 

 

Aş Tortu

Aş Tortu

 

4. Süfrəyə verdiyimiz qaba qazanı bütün çeviririk, ət hissəsi üstü olacaq. Və zövqümüzə görə pamidor, xiyar, göyərtilərlə bəziyirik.

 

Qeyd: Toyuq soğan hissəsinə kartof, bibər və ya başqa da tərəvəz əlavə edə bilərsiniz.


Aş Tortu

 

Nuş Olsun!

 

21 sentyabr 2010
GO BACK