Qadin.NET / Toyuq ətli qarnıyarıq (foto resept)

Toyuq ətli qarnıyarıq (foto resept)

Toyuq ətli qarnıyarıq (foto resept)


Tərkibi:
1 kq badımcan
300 qr toyuğun döş əti
6-7 orta boy pomidor
4-5 orta boy quru sogan
4-5 bolqar bibəri
4-5 diş sarımsaq
1 x.q "Bizim Tarla" "Bizim Tarla" tomat pastası
0.5 st duru yağ
Azərduz yodlu narın xörək duzu, istiot, sarıkök
1.5 st su


1. badımcanlar soyulur (istəyə görə ya tam,ya ala bula),ortadan uzunlamasına yarılır və duzlu suda 15 dəqiqə acısının çıxması üçün gözlədilir.sudan çıxarıb quruladıqdan sonra yağda hər tərəfli qızardılır və soba listinə düzülür.

 

Toyuq ətli qarnıyarıq (foto resept)


2. sarımsaq və soğanlar xırda doğranır və badımcanları qızartdığımız yağda qovrulur.

Toyuq ətli qarnıyarıq (foto resept)


3. bibərlər də xirda doğranır soganlarla qovrulur.

Toyuq ətli qarnıyarıq (foto resept)


4. döş əti xırda doğranır,digər ərzaqlarla biraz qovrulur.

Toyuq ətli qarnıyarıq (foto resept)


5. pomidorlar da doğranır tavaya elave edilir.

Toyuq ətli qarnıyarıq (foto resept)


6. ədviyyatlar vurulur,təxmini 15 deqiqe daha bişirilir.

Toyuq ətli qarnıyarıq (foto resept)

 

Toyuq ətli qarnıyarıq (foto resept)


7. badımcanları böldüyümüz yerdən aralıyıb bişirdiyimiz içdən aldığı qədər içlərinə doldururuq.

Toyuq ətli qarnıyarıq (foto resept)


8. tomatlı su düzəldib badımcanların üstünə tökürük.üzərlərinə görünüşü yaxşı olsun deyə uzun-uzun kəsilmiş bibər qoyuruq.və 180 dərəcəli sobada 30 dəqiqə bişiririk.

Toyuq ətli qarnıyarıq (foto resept)

 

Toyuq ətli qarnıyarıq (foto resept)

 

Toyuq ətli qarnıyarıq (foto resept)


və yeməyimiz hazırdır. Nuş olsun!!!

 

 

Toyuq ətli qarnıyarıq (foto resept)

 

30 iyul 2010
GO BACK