Qadin.NET / Tavada "Lahmacun" (video-resept)

Tavada "Lahmacun" (video-resept)

Tərkibi:
Xəmir üçün:
5 stəkan un
0,5 paket maya
ilıq su
duz

İçlik üçün:
0,5 kq qiymə
3-4 ədəd pomidor
2 ədəd baş soğan (rəndələnmiş)
Duz
Cəfəri (istəyə görə)
Kəkotu (istəyə görə)
Qırmızı toz bibər (istəyə görə)

Salat üçün:
Cəfəri
Soğan
Limon

Bişirmək üçün:
Maye yağ
Hazırlanması:
Ev şəraitində lahmacun bişirmək üçün un, maya və duzu qarışdırıb, ilıq su ilə xəmir yoğrulur.
Xəmir yoğrulduqdan sonra xəmiri dincəlib özünü tutması üçün yarım saat – 1 saat arası dincəldirik.
İçlik hazırlamaq:
Ev şəraitində lahmacun xəmiri gözlədilirkən içliyi hazırlayırıq. Bunun üçün qiymə, ədviyyatlar, kiçik doğranmış pomidor və rəndələnmiş soğan, duz bir-birinə qarışdırılır.


Sonra xəmiri yumurta böyüklüyündə kündələrə ayırırıq. Kündələrin yapışmaması üçün masanı unlayırıq. Sonra evdə lahmacun kündələrini açırıq.
Yayılmış evdə lahmacun yuxasının birinin üzərinə hazırladığımız içliyi bərabər şəkildə yayırıq. Sonra bir başqa yuxa ilə bunun üzərini örtürük.
Eyni qayda ilə bütün evdə lahmacun xammallarını hazırlayırıq. Qiymənin hər iki yuxaya da yaxşı yapışması üçün biraz gözləyirik.
Geniş bir tavaya yağ qoyuruq. Tava isindikdən sonra evdə lahmacun bu tavanın içərisinə qoyulur. Vam odda bişir. Tavanı ocağın geniş gözünə qoymaq lazımdır ki, tavanın hər tərəfindən bərabər şəkildə istilik gəlsin və evdə lahmacun yanmasın.
Lahmacunun bir üzü bişdikdən sonra ehtiyatla çevirib ikinci üzünü də bişiririk. Bişdikdən sonra evdə lahmacunu bir qaba kağız səririk və onun üzərinə qoyuruq.
Süfrəyə verilərkən iki qat lahmacun yuxası bir birindən ayrılır və içərisinə hazırladığımız göyərti və soğan qoyularaq süfrəyə verilir.
Nuş olsun!

28 mart 2021
GO BACK