Tərkibi:
300 qr ağ lobya
300 qr mal əti
2 ədəd pomidor
1 baş soğan
1 ədəd acı bibər
1 x/q tomat
Duz,qara və qırmızı istiot
Hazırlanma qaydası:
Ağ lobyanı bir gün öncə gecədən suda saxlayın. Mal ətini xırda ölçüdə doğrayıb, bişirin. Soğanı da doğrayıb kərə və ya duru yağda az qızardın. Qabığı soyulmuş pomidorları rəndələyib, soğana əlavə edib, qovurun. Pomidor qovrulduqdan sonra, 1 x/q tomatı iliq suda həll edib, pomidora əlavə edin.
Bişmiş ətləri pomidorla qovurub, üzərinə gecədən isladılıb, qaynadılmış lobyanı əlavə edin. Üzərinə 1 litr yarım ət bulyonu tökün.
Yeməyə yarım limon və ya zövqə görə acı bibər əlavə edib ağzı qapalı vəziyyətdə 35-40 dəqiqə bişirin. Süfrəyə soğanla və ya sadə plovla qoyun.
Nuş olsun!