Qadin.NET / "Pelmeni" (foto-resept)

"Pelmeni" (foto-resept)

 Tərkibi:
Un: 350 qram
Kök:
Göyərti: 1 dəstə
Mal əti: 350 qram
Qoyun quyruğu: 150 qram
Soğan: 100 qram
Sarımsaq: 2 diş
süd: 060 ml
Su: 150 ml
Dəfnə yarpağı: 3-4 ədəd
İstiot
Duz

Hazırlanması:
Pelmeni hazırlamaq üçün əvvəlcə xəmir yoğrulur və 20-30 dəqiqə isti yerdə üzəri örtülərək gözlədilir. Mal əti, piy, soğan, sarımsaq iki dəfə ətçəkən maşından keçirilir. Kök rəndələnir, soğan və göyərti kiçik – kiçik doğranır. Kök, soğan, göyərti, duz, istiot, süd ətə əlavə edilir və pelmeninin içliyi yaxşıca qarışdırılır.
Özünü tutan xəmirdən yuxa hazırlanır. Yumru açmalar hazırlanır.


Pelmenini suda bişirmək və yağda qızartmaq mümkündür.
Bişirərkən 1 kq pelmeni üçün 4 litr su qaynadılır. Bu suya duz vurulur və 3-4 ədəd dəfnə yarpağı əlavə olunur.
Yeməyin bişməsi üçün 15 dəqiqə qaynadılır. Bundan sonra xörək isti- isti süfrəyə verilir.

Nuş olsun!

23 oktyabr 2020
GO BACK