Tərkibi:
- 1 paçka spaqetti
- 400 qr farş
- 2 dənə baş soğan
- 3 diş sarımsaq
- 100 qr tomat pastası
- 2 dənə yerkökü
- 1/2 stəkan bulyon
- zeytun yağı
- duz, qara istiot, quru reyhan.
Hazırlanması:
Spaqetti bişiririk. (Spaqetti yapışmasın deyə suya 1 xörək qaşığı zeytun yağı əlavə edirik.)
İsti tavaya zeytun yağı tökürük. Sarımsağı 2 yerə bölüb yağda qızılı rəng alana qədər qızardırıq və sonra yağdan çıxardırıb atırıq (sarımsağın dadı yağa çıxıb).
Soğanı uzun-uzun doğrayırıq, kökü sürtgəcdən keçirdirik və yağda qızardırıq.
Tərəvəzlər yumşaq olanda farş əlavə edirik və orta odda qarışdıra-qarışdıra 15 dəqiqə ərzində bişiririk.
Sonra tomat pastası, bulyon, duz, istiot, reyhan əlavə edilir, yaxşı qarışdırılır, qazanın qapağı örtülür və sous vam odda hazır olana qədər bişirilir.
Nuş olsun!