Tərkibi:
500 qram çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd çəkilmiş soğan
½ stəkan yumru düyü
½ stəkan xırda doğranmış keşniş
½ stəkan xırda doğranmış şüyüd
½ stəkan xırda doğranmış nanə
1 çay qaşığı duz
¼ çay qaşığı və yaxud zövqə görə istiot
Təxminən 80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
3 xörək qaşığı kərə yağı
Hazırlanması
Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər yoğurun.
Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə, qazanda su qaynadın və yarpaqları hissə-hissə (təxminən 10 ədəd olmaq şərtilə) qaynayan suda təxminən 1 dəqiqə və yaxud da yarpağın sərtliyinə görə daha da az tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Sapları varsa, kəsin. Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə, yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları qaynayan suda salın ki, yumşalsınlar.
Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün. Kiçikləri bütov qalsın.
Yarpaqları parlaq hissəsi altda olmaq şərtilə əlinizə alın. Hər yarpağın ortasına təxminən 1 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı yumruvari bükün.
Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay lay düzün.
Dolmaların üstünə yağı və yarısına qədər suyu tökün.
Ən üstə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar.
Qazanın qapağını qoyun. Dolmanı əvvəlcə qaynadın. Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirin.
Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir.
Dolmanı süfrəyə adi qatıq və yaxud sarmısaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçün qatıqla əzilmiş sarımsağı (miqdarı zövqə görə) qarışdırın.