Qadin.NET / Pendirli kotlet (foto-resept)

Pendirli kotlet (foto-resept)

Tərkibi:

300 qram pendir

50 qram tam yağlı ağ pendir

1 ədəd orta boy yumurta

1 su st çörək qırıntısı

cəfəri

şüyüd

qızartmaq üçün duru yağ

Hazırlanması:

Pendiri kasaya qoyun. Üstünə ağ pendir, yumurta, çörək qırıntısı, cəfəri və şüyüd əlavə edərək yoğurun.

Qarışımı 5-10 dəqiqə çörək qırıntıları nəmi çəkənə qədər gözləyin.

1 qaşıq köməyi ilə qarışımdan biraz alın və digər qaşıqla forma verin. İstəsəniz əlinizlə də yumrulayıb küftə forması verə bilərsiniz. Tavada yağı qızdırın və kotletləri tək-tək tavaya qoyun.

Kotletlər yumşaq olacağı üçün yavaş-yavaş çevirin. Bişən pendir kotletləri kağız sərdiyiniz qaba qoyun.

7 avqust 2020
GO BACK