Qadin.NET / Sobada pendirli kabak (foto-resept)

Sobada pendirli kabak (foto-resept)

Tərkibi:

50 qram ağ pendir

50 qram kaşar pendir

6 ədəd mini kabak

1 ədəd yumurta

1 kiçik şaxə şüyüd

2-3 y/q zeytun yağı

Kabakları qaynatmaq üçün:

su

1 çimdik duz

Hazırlanması:

Kabakları yuyub iki hissəyə bölün. Böldüyünüz kabakların iç hissəsindəki çəyirdəkləri qaşıqla çıxarın.

Kabakları duz əlavə etdiyiniz bol suda 2-3 dəqiqə qaynadın. Qaynatdığınız kabakları süzülməsi üçün qırağa qoyun.

Ağ pendiri və kaşar pendiri sürtgəcdən keçirin. İçinə 1 yumurta əlavə edin və doğranmış şüyüd əlavə edərək qarışdırın.

Kabakları soba listinə düzün, hazırladığınız içliyi kabakların içinə bölüşdürün.

200 dərəcə əvvəlcədən isidilmiş sobada kabakların üstü qızarana qədər təxminən 10-12 dəqiqə bişirin. Sobadan çıxan kabakların üstünə zeytun yağı gəzdirin və servis edin.

3 avqust 2020
GO BACK