Tərkibi:
2 ədəd ciabatta çörəyi (adam başına 1 ədəd)
1,5 su st sürtgəcdən keçirilmiş pendir
yarım çay st zeytun yağı
1 diş sarımsaq
1 ədəd orta boy pomidor
1 ədəd yaşıl bibər
5-6 ədəd yaşıl zeytun
sosiska, kolbasa
Hazırlanması:
Ciabatta çörəyini eninə 2 hissəyə bölün və soba listinə yan-yana yerləşdirin.
Sarımsağı əzib zeytun yağı ilə qarışdırın. Hazırladığınız qarışımı çörəklərin üstünə fırça ilə çəkin. Pomidor, bibər və çəyirdəklərini çıxardığınız 5-6 qara və yaşıl zeytun xırda-xırda doğrayın. İstədiyiniz miqdarda sosiska və kolbasını doğrayın
Çörəklərin üstünə sürtgəcdən keçirdiyini pendiri və doğradığınız digər ərzaqları səpin.
Son olaraq şüyüd səpin və 200 dərəcə əvvəlcədən isidilmiş sobada pendir əriyib qızaran qədər bişirin. İsti-isti servis edin.