Tərkibi:
1 paket göbələk (400 qram paket)
2 ədəd orta boy pomidor
1 ədəd orta boy ağ soğan
1 ədəd iri bibər
2 diş sarımsaq
duz
3 y/q zeytun yağı
şüyüd
Hazırlanması:
Soğanı xırda-xırda doğrayın. Bibəri 2 hissəyə bölün, çəyirdəklərini təmizləyin və xırda-xırda doğrayın.
Pomidorları kub-kub doğrayın. Sarımsaqları doğrayın.
Ən axırda göbələkləri sudan keçirin və silərək böyüklüklərinə görə 2-4 hissəyə bölün.
Zeytun yağı və soğanı tavaya əlavə edib, duz əlavə edin və soğanlar şəfaflaşana qədər qovurun.
Bibəri də əlavə edərək 1-2 dəqiqə bibərləri yumşanalana qədər qovurun.
Göbələyi əlavə edin və suyunu salıb xəfifləşənə qədər qovurun.
Sarımsaq, pomidor və bir miqdar daha duz əlavə edərək pomidorlar bişənə qədər orta dərəcədə bişirin.
Qazı söndürəndə istəyə görə üstünə doğranmış şüyüd səpin və servis edin.